Elgiz orqanlarını bağışladı

elgiz

Son zamanlar cəmiyyət arasında müzakirə olunan məsələlərdən biri də orqanları bağışlamaq mövzusudur.

XALQ.AZ-ın məlumatına görə, məşhur aparıcı Elgiz Əkbər də orqanlarını bağışlayacağını açıqlayıb. ANS telekanalında yayımlanan “Adam içində” verilişinin aparıcısı canlı yayımda şok açıqlama verib:

“Vəsiyyət etmişəm ki, mən öləndən sonra orqanlarımı ehtiyacı olan xəstələrə bağışlasınlar”.

İnsanların işi orqan alverçilərinin əlinə keçməsin deyə bu addımı atıb.
“Mən öləndən sonra yaxşılıq etmiş olsam çox rahat olaram”.