Elmar Hüseynovun ailəsi 17 il sonra Azərbaycanda

2005-ci ildə qətlə yetirilən jurnalist Elmar Hüseynovun ailəsi 17 ildən sonra Azərbaycana qayıdıb.

Bu barədə Elmar Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova paylaşım edib.

Rüşaniyyə Hüseynova oğlu, 17 yaşlı Aslanla birlikdə vətənə gəlib. Onlar Elmar Hüseynovun məzarını ziyarət etməklə yanaşı, Şuşaya da səfər ediblər.

Qeyd edək ki, Elmar Hüseynovun ailəsi Norveçdə yaşayır.