Elmar Məmmədyarov ABŞ-a səfərə getdi

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

XALQ,AZ xəbər verir ki, bu barədə  Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində E.Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub.

 

Orxan