Elnarə: “Kubramız bu gün haqqın rəhmətinə qovuşdu”

Müğənni Elnarə Xəlilovanın tələbəsi Kubra Quliyeva vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

Xəlilova bildirib ki, Kubra xərçəng xəstəliyindən əziyyət çəkib:

“Keçən il bu vaxt sənin şəklini paylaşıb hər kəsdən əməliyyat üçün yardım istədik. Haqqınızı halal edin, dostlar, Kubramız bu gün haqqın rəhmətinə qovuşdu. Qisməti belə imiş. Allah rəhmət eləsin. Allah valideynlərinə, bacı və qardaşına, yaxınlarına səbr versin”.

Elnarə mərhum gənc ifaçının aprel ayında səs yazma studiyaların birində çəkilən görüntülərini paylaşaraq bu sözləri yazıb:

“Video apreldə çəkilib. O cür şaqraq səsi olan, “Gülçöhrə”nin ariyasını oxuyanda pəncərələr titrədən Kubramızın bu videoda artıq səsi çıxmırdı. Beynində şiş var idi. Nə qədər əməliyyat, kimya oldusa, xeyri olmadı. Taleyi belə yazılıbmış, canı qurtardı, mələk oldu”.