Elnarə Akimova təkliflə çıxış etdi
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.
“Təhsil haqqında” qanunun müzakirəsi zamanı millət vəkili Elnarə Akimova komitə iclasında çıxış edərək təkliflərini bildirib.
Milli Məclisin deputatı Elnarə Akimova qeyd edib ki, rta məktəblərdə peşə təhsilinə marağı olan şagirdlər var, onların da təhsilinə diqqəti artırmaq lazımdır deyə qeyd edib.
Deputat bildirib ki, onların gələcəkdə məvacib, iş yerləri ilə təmin olunma ilə bağlı narahatlıqları var: “Peşə təhsilini ümumiyyətlə, pulsuz etmək çox yaxşı olardı. Bu imkanı yalnız Qarabağda sosial baxımdan imkansız şəxslərə deyil, ümumiyyətlə, peşə təhsili almaq istəyən hər kəsə yaratmaq lazımdır. Belə bir addım gənclərə böyük stimul olar. Ümidli gəncliyin olması ümidli gələcəyin qurulması deməkdir. Ümumilikdə, Qayıdışı bütün yönləri ilə stimullaşdırmaq üçün bu qanun atılmış ən mühüm addımlardan biridir, qayıdış prosesinin bütün istiqamətlərdə təmin olunması deməkdir. İnanıram ki, bu qanun peşə təhsilinin funksionallıq qazanmasına, peşə məktəblərinin bütün bölgələrimizdə bərpasına stimul olacaq” deyə bildirib.