Elnur Abbaszadə bir neçə ailə ilə görüş keçirib – FOTO

41 saylı Sumqayıt birinci seçki dairəsində namizəd tanınmış hüquqşunas Elnur Abbaszadə bir neçə ailə ilə evlərində görüşlər keçirib

XALQ.AZ xəbər verir ki, namizədi evlərində qonaq edən sakinlər bir neçə sosial qayğılardan danışıblar. Cabbarov Zəkəriyyə Zəkəriyyə oğlu özü ikinci qrup əlildir. O səhəti ilə bağlı narahtlıq keçirdiyini vurğulayıb. Həmçinin onun bir qızınında əlil olduğunu vurğulayıb. Elnur Abbaszadə ailəyə köməklik edəcəyini vurğulayıb və bəzi qeydlər aparıb.

Bundan başqa Elnur Abbaszadə Aslanov Hidayət Yunus oğlunun, Qocayev Məzahir Mehdi oğlunun və Əliyev Baloğlanın ailəsi ilə tanış olub, onlarla söhbətlər edib, sosial problemləri ilə maraqlanıb. O bildirib ki, Sumqayıt sakinləri üçün əlindən gələni edəcək, onları bir olmağa, problemləri bir həll etməyə səsləyib.

XALQ.AZ