Elnur Abbaszadə idmançılarla görüş keçirdi – FOTO

41 saylı Sumqayıt birinci seçki dairəsində namizəd tanınmış hüquqşunas Elnur Abbaszadə Sumqayıt şəhərində yerləşən “Qarabağ fight” clubun idmançıları ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə Elnur Abbaszadə idmançılarla söhbət edib, onların qazandığı uğurlardan danışıblar.

Həmçinin Elnur Abbaszadə Prezident İlham Əliyevin idamana göstərdiyi diqqətdən, Azərbaycanda idman sahəsinin inkişaf;ndan söz açıb. O, idmançılara “İslahatlar zamanıdır səs ver” şuarı ilə təbliğat keçirdiklərini bildirib.

Elnur Abbaszadə idmançılarla keçirilən görüşdən, səmimi münasibətdən qürur hissi keçirtdiyini, Sumqayıt idmançıları ilə fəxr etdiyini bildirib. Bir daha hər bir seçiciyə minnətdarlığını bildirib, ölkənin inkişafı və tərəqqisi naminə aparılan bütün işlərdə fəal olmağı arzulayıb.

Görüşdə iştirak edən idmançılar da öz növbəsində Elnur Abbaszadənin gənc olmağını əsas tutaraq gələcəkdə idmanda onlara dəstək olacağına inandıqlarını səsləndiriblər. 9 fevralda keçiriləcək növbədən kənar Parlament seçkilərində ona səs verəcəklərini qeyd ediblər.

XALQ.AZ