Elnur Allahverdiyev seçicilərlə görüşdü

Milli Məclisin deputatı Elnur Allahverdiyev seçicilərlə növbəti görüşünü keçirib.

Millət vəkili bildirib ki, qəbul zamanı məşğulluq, pensiya, hüquqi yardım, sağlamlıq mövzuları əsas müzakirə obyekti oldu.

Dairəmizin iki qazisi ilə bir daha görüşdüm. Hər ikisini narahat edən məsələ məşğulluqdur. Şükürlər olsun ki, qəhrəman döyüşçülərimiz aktiv əmək fəaliyyəti ilə məşğul olmaq niyyətindədirlər və belə demək mümkündürsə, dinc dövrün qayğıları barədə düşünürlər. Vətən müharibəsi qazilərimizdən bəzi çətinliklərlə qarşılaşanlar da var. Bır sıra hallarda problemlərinin gec, ləng çözülməsindən narahatdırlar. Şübhəsiz ki, qazilər onlara dövlətimiz tərəfindən qanunla verilən imtiyazlardan vaxtlı vaxtında yararlanmalıdırlar. Qəbulda qaldırılan hər bir məsələnin diqqətlə araşdırılması ilə həmişəki kimi məşğul olacağıq. Görüşlərimiz davam edəcək. Seçicilərimizlə daimi ünsiyyətdəyik deyə deputat qeyd edib.