Elnur Allahverdiyev seçicilərlə görüşdü
Milli Məclisin deputatı Elnur Allahverdiyev seçicilərlə növbəti görüş keçirib.
.Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatında baş tutan görüşdə sakinlər narahat edən müxtəlif təmayüllü problemləri dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub seçicilərimizi maraqlandıran bir qism problemlərin həll üçün müvafiq icra orqanları ilə birgə məşğul olacağı bildirilib
Deputat bildirib ki,dairəmizin ərazisinin böyük hissəsi söküntü zonasına təsadüf edir və burada əsas etibarilə özəl tikinti şirkətləri tərəfindən inşaat işləri aparılır. Yaşayış sahələrini müxtəlif səbəblərdən öncədən satmaq istəyən sakinlər var, ancaq bu ərazidə tikinti işləri aparacaq şirkət hələlik ya bəlli deyil, yaxud da tikinti işlərinə başlamır. Bəzi sakinlərimiz bu kimi çətinliklə qarşılaşırlar. Bir neçə ildir yeni tikilmiş binada yaşayan sakinlərimiz arasında mənzillərinin çıxarışını ala bilməyənlər var. Qarşıdakl günlərdə müraciət edən seçicilərimizə mümkün köməyi göstərməyə çalışacağıq deyə deputat qeyd edib.