Elnur Rzayev vətəndaşlarla görüşdü

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, torpaq sahəsinin ayrılması, məhələ daxili yolun asfaltlanması və digər sahələri əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb,qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.