Elşad Həsənov Prezidentə təşəkkür etdi

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təltif olunub.

Bunula bağlı Elşad Həsənov Prezident İlham Əliyevə təşəkkür edib.

İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif edildiyim “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və vəsiqəsi mənə təqdim edildi. Cənab Prezident İlham Əliyevin bu yüksək təltifi mənim üçün çox böyük şərəfdir. Ulu Öndərin adını daşıyan yubiley medalı ilə təltif edilməyimlə qürur hissi keçirirəm.Bu yüksək diqqətə görə möhtərəm cənab Prezidentə təşəkkürümü bildirirəm deyə qeyd edib.