Elşad Həsənov qəbul keçirib

Milli Məclisin deputatı Elşad Həsənov bu ilin ilk seçici görüşünü keçirib.17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən vətəndaşlar onları narahat edən müxtəlif məsələlər qaldırıblar.

XALQ.AZ xəbər verir ki, görüş zamanı əsasən mülkiyyət hüququ, məşğulluq və bir sıra sosial məsələlər müzakirə edilib.

Seçiciləri bir-bir qəbul edən millət vəkili Elşad Həsənov onların şikayət və təkliflərini dinləyərək, müvafiq tədbirlərin görüləcəyini qeyd edib. Qəbulda vətəndaşların qaldırdıqları digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

Orxan