Milli Məclisin deputatı Elşad Həsənov Yasamal seçiciləri ilə növbəti görüş keçirib.
XALQ.AZ -a verilən məlumata görə,görüş zamanı vətəndaşları narahat edən müxtəlif ictimai və sosial məsələlər qaldırılıb. Qəbulda əsasən mülkiyyət mübahisəsi, tibbi müalicə haqqı, məşğulluq, Sovetski ərazisindən köçürülməyə görə kompensasiya, həmçinin bir sıra hüquqi məsələlərlı bağlı müraciətlər olub.
Qəbul zamanı deputat Elşad Həsənov vətəndaşların müraciət və təkliflərini dinləyərək, onların hərtərəfli araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib. Qəbulda vətəndaşların müraciətləri nəzarətə götürülüb.