Elşad Həsənov seçicilərlə görüşüb

XALQ.AZ xəbər verir ki, 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən vətəndaşlar qəbul zamanı onları narahat edən müxtəlif məsələlər qaldırıblar. Görüş zamanı əsasən mülkiyyət hüququ, məşğulluq və digər sosial və hüquqi məsələlər müzakirə edilib. Seçiciləri bir-bir qəbul edən millət vəkili Elşad Həsənov onların müraciətlərini qəbul edib.

Qəbul zamanı millət vəkili vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini qeyd edib. Qəbulda vətəndaşların müraciətlərinin bir hissəsi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

 

Orxan