Elşad Həsənov tələbə adını qazanmış Yasamal məktəbliləri təltif edildi

Tələbə adını qazanmış Yasamal məktəbliləri təltif edildi
Yasamal rayonunda tədris ilini yüksək qiymətlərlə başa vuraraq tələbə adını qazanmış şagirdlərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova yüksək nəticə əldə edilmiş tələbələri təbrik edərək onların həyatında yeni mərhələnin başladığını bildirdi. Statistik məlumatlara toxunan Təravət Muradova qeyd etdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 55 sinfi, onlardan 10-u Yasamal olmaqla ali məktəblərə qəbul imtahanlarında yüz faizlik nəticə göstəriblər.Belə ki, Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin 4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 13 nömrəli tam orta məktəbin 2 sinfi, 53 nömrəli tam orta məktəbin isə 1 sinfi üzrə bütün məzunlar yüz faiz nəticə göstərərək ali məktəblərə qəbul olublar.Bildirildi ki, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və Gənc istedadlar liseyi məzunlarının 100% tələbə adını qazanıblar.
Daha sonra tədbir iştirakçıları qarşısında çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını xatırlatdı. Elşad Həsənov bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev elm və təhsilə xüsusi qayğı və diqqət göstərdiyini qeyd etdi. Həmçinin bildirildi ki, Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Son 20 il ərzində Azərbaycanda 4000 qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün isə azad edilmiş torpaqlarımızda yeni-yeni məktəblər tikilib istifadəyə verilir. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tələbə adını qazanmış bütün gənclərə yeni-yeni uğurlar arzu etdi.
Daha sonra cıxış edən Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimov tələbə adını qazanmış şəxsləri təbrik etdi və onlara tədrisdə uğurlar arzu etdi.
Tədbirdə tələbə adını qazanmış məktəblilər də öz fikirləri ilə bölüşdülər və Yasamal RİH rəhbərliyinə təşkil edilən bu tədbirə görə təşəkkürünü bildirdilər.
Tədbrin sonunda tədris ilini əla qiymətlərlə başa vuraraq tələbə adını qazanmış şagirdlər təltif edildilər.