Elza intihara cəhd edib – “Qızım məni bağışlamır…”

Əməkdar artist Elza Seyidcahan intihara cəhd edib. 

XALQ.AZ  xəbər verir ki, bu barədə müğənni-bəstəkar ATV-yə açıqlamasında bildirib. 

O, ailədaxili münaqişə zamanı özünə bıçaqla zərər verdiyini qeyd edib: “Bir dəfə intihara cəhd etmişəm. Az qalmışdı ki, hadisə baş versin. Oğlumun 14-15 yaşı var idi. Ata və anasının arasında qalmışdı, seçimini etməli idi.

Həmin dövrdə bıçaqla özümə xəsarət yetirmişdim. İndiyə qədər qızım məni bağışlamır. Ailədə söz-söhbətlər olur, keçsin o günlər, bir daha gəlməsin. Səhv etmişəm”.

 

Orxan