Elzanın yeni şeiri lağa qoyuldu

Elza Seyidcahan yeni şeirini səsləndirib.

XALQ.AZ xəbər verir ki, “Deşik-deşik dünyaya” adlı şeir məsxərəyə qoyulub.
Elgiz Əkbər və Əli Mirəliyevin aparıcılıq etdiyi “Səhər- Səhər” verilişinə qonaq olan bəstəkar-müğənni onun şeirlərinin dərin məna daşıdığını, hər kəsin bu əsərləri anlamasının mümkünsüzlüyündən bəhs edib.

“Quranda da deyilir ki, zəmanəyə uyğun yaşayın. Bunlar da zəmanəyə uyğun şeirlərdir.  Başa düşmək üçün beyin lazımdır. Hər kəs mənim şeirlərimi anlaya bilməz”- deyə öz əsərlərinin novator ruhlu olduğunu vurğulayıb. Hətta o bu şeirləri klaasiklərlə də müqayisə edib.
Belə ki, şeirini səsləndirdikcə hər sətrlə bağlı izahatlar verən Seyidcahan yenə də məsxərəyə qoyulub. Gülüş ustası, aktyor Elməddin isə “Hə bax indi anladım. Amma bu şeirlərin yanında gərək siz də gələsiniz ki, izah edəsiniz, başa düşmək olsun”- deyib. Onun bu sözlərinə hər kəs gülüb.

Elgün