EMBAWOOD-da «Leading Change» tədris proqramı

1

 

2013-cü ilin oktyabr ayında start götürən, şirkətin yüksək və orta dərəcəli menecerlərin ixtisasının artırılması və biznes vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə EMBAWOOD şirkəti tərəfindən təşkil olunan miqyaslı tədris layihəsinin yekun vuruldu. Layihəni həyata keçirməzdən əvvəl böyük hazırlıq işi aparıldı və onun nəticəsidə tender keçirildi. İki komanda – Stokholm İqtisadiyyat Məktəbi və ADA seçim müsabiqəsinin qalibi oldu. Bu komandaların qələbəsi qanunauyğun idi, çünki Stokholm İqtisadiyyat Məktəbinin menecerlər üçün uğurlu təhsil treninqləri təcrübəsi var, ADA komandası isə EMBAWOOD şirkətinin tələblərinə müvafiq tərtib edilən proqramı təklif etdi. Treninqlərdə Stokholm İqtisadiyyat Məktəbinin, ADA-nın ən yaxşı müəllimləri, İsveçrə, Rusiya və Azərbaycanın biznes-cəmiyyətlərinin nümayəndələri – Anderş Lilyerberq, Klase Berlin, Vladimir Belyayev, Mats Vilqon, Yevgeni Terukov, Vladimir Çernyavski, Aleksandr Tildikov, Sergey Mitrofanov, Şəmsiyə Mustafayeva, Emin Hüseynov və Anar Cahangirli iştirak edirdilər. Tədris proqramı 2 treninqdən ibarət idi: onlardan biri rus və ingilis dillərində (Stokholm İqtisadiyyat Məktəbi), digəri isə Azərbaycan dilində (ADA) aparılırdı. Treninqlərin proqramları şirkətin müxtəlif nümayəndəliklərindən mütəxəssis və menecerlərin idarəçilik vərdişlərinin təkmilləşdirilməsinə yönəlmiş və müxtəlif modullardan ibarət idi. Komandalar, proseslər və layihələrə effektiv rəhbərlik, marketinqin əsasları, maliyyələşmənin xüsusiyyətləri, insan resurslarının idarə olunması – proqramın əsas modulları bunlar idi. Treninqin gedişatında layihələr üzərində komanda şəklində iş aparılırdı. Treninqin bütün iştirakçıları komandalara bölünmüşdü və onların hər biri təlim zamanı öz layihəsi üzərində işləyir, onu müdafiə edirdi. Müdafiənin nəticələrinə görə EMBAWOOD şirkətində tətbiq ediləcək 2 ən yaxşı layihə seçildi. Proqrama iştirakçıların fərdi effektivliyinə yönəlmiş modullar daxil idi. Hər iki proqramda özünüidarə vərdişlərinə və liderlik xüsusiyyətlərinin inkişafına diqqət yetirilirdi. Tədbirin əsas məqsədini şirkətin gələcək planları nəzərə alınmaqla menecer heyətinin inkişaf etdirilməsi təşkil edirdi.. Proqramda EMBAWOOD şirkətinin Türkiyə, Qazaxıstan, Rusiya, Türkmənistan, Qırğızıstan, Gürcüstan və Ukraynadakı nümayəndəliklərindən əməkdaşları iştirak edirdi. Hər iki layihədə 80 nəfər iştirak etdi. İştirak etmək istəyənlərin seçimi bir neçə mərhələ üzrə keçirilirdi: şəxsi keyfiyyətlərin qiymətləndirilməsi, namizədlərin fərdi testləri, müsahibə. Öz layihələri üzərində işdən başqa iştirakçılar çox gözəl mühazirələr dinləyir, timbildinq üzrə treninqlərdə, kommunikasiya treninqlərində iştirak edir, yeni iş metodikalarını mənimsəyirdilər. Bu, öz növbəsində, EMBAWOOD şirkətinin yekdil işçi komandasının formalaşmasına səbəb oldu. EMBAWOOD şirkəti kadrlarının strateji planlaşdırmaya və məhsulun beynəlxalq bazarda yüksək peşəkarlıqla təqdim edilməsinə hazırlığı proqramın nəticəsi oldu. EMBAWOOD ev və ofis üçün mebel sənayesinin tanınmış lideridir. Şirkət 1996-cı ildə yaranıb və fəaliyyət göstərdiyi illər ərzində yalnız gözəl, ekoloji cəhətdən təmiz və rahat mebeli satışa çıxarmaqla yanaşı, hər bir müştəri ilə tərəfdaşlıq münasibətləri quraraq özünün liderlik hüququnu təsdiq edə bilmişdir. Şirkət öz missiyasını ardıcıllıqla yerinə yetirir – insanlara gündəlik həyatda rahatlıq təmin edən, onların üslub və zövqünə uyğun mebel təqdim edir. EMBAWOOD şirkətinin məhsulları Ukrayna, Qazaxıstan, Gürcüstan, Rusiya, Türkiyə, Qırğızıstan və Türkmənistana ixrac edilir. Bu gün EMBAWOOD ticarət şəbəkəsi 200-dən artıq mağazadan ibarətdir.

 

2 3 4 5