Eminin “parik”siz görüntüsü gündəm oldu – Foto

Xalq artisti Emin Ağalarov sosial media paylaşımı ilə diqqət çəkib.

XALQ.AZ xəbər verir ki, sənətçi “Instagram” hesabında keçəl görüntüsünü paylaşıb.

Fotoda saçları tökülmüş vəziyyətdə olan Emin “Parik”siz ilk fotom şərhini yazıb.

“Uzun müddətdir bunu gizlədirdim, amma etiraf etmək qərarına gəldim”, – deyə yazıb.

Onun bu paylaşmı sosial mediada müzakirələrə səbəb olub. Fotoya 6 mindən çox rəy yazılıb.

Qeyd edək ki, fotoya diqqətlə baxsanız, Xalq artistinin görüntüsünün telefon proqramı ilə dəyişdirildiyini görmək olar.

Orxan

Comments are closed.