Erməni generalının arvadı şokda-Dəhşətli hadisə

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın baldızı Luiza Xaçatryanın cəsədi oktyabrın 25-də paytaxt Yerevanda Dvidaşens körpüsünün altında aşkar edilib.

XALQ.AZ  xəbər verir ki, bu haqda Respublika perinatalogiya, mamalıq və ginekologiya İnstitutunun direktoru Razmik Abramyan deyib.

“O çox təvazökar qadın idi, biz hadisəyə görə təəccüb keçiririk. Luiza bizim ginekoloq-mama həkimimiz idi”, – Abramyan bildirib.

Öz növbəsində, Ermənistan İstintaq Komitəsinin başçısının məsləhətçisi Sona Truzyan bildirib ki, ilkin məlumatlara əsasən, 45 yaşlı qadın intihar edib.

 

 

Orxan