Erməni terrorçu təxribata hazırlaşır, sülhməramlı isə əsgərimizə “vurma” çağırışı edir

Qarabağdakı erməni terrorçunun təxribata hazırlaşdığını əks etdirən görüntülər yayılıb.

Erməni terrorçunun rus sülhməramlının gözü qarşısında təxribata cəhd etdiyi görünür. Əsgərimizin isə onu hədəfə götürdüyü anlaşılır.

Rus sülhməramlı əsgərimizdən terrorçuya atəş açmamasını, məsələni aydınlaşdıracaqlarını bildirir.

Əsgərimiz yalnız öz komandirindən aldığı əmrdən sonra dayanır.