“Ermənilər işğal olunmuş ərazilərdə narkotik bitkilər becərir”

“Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb”

“İran-Azərbaycan sərhədinin 132 kilometri nəzarətsiz qaldığından orada ermənilər narkotik bitkilər becərir, bunun üçün laboratoriyalar inşa edilib”.

XALQ.AZ xəbər verir ki, bunu Baş nazirin müavini Əli Həsənov deyib.

Onun sözlərinə görə, bununla bağlı sənədlər BMT-nin Vyana ofisinə təqdim olunub, monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb.

Ə.Həsənov bildirib ki, Azərbaycanda iqtisadi inkişafın yüksəlməsi yükdaşımaların artmasına səbəb olub. Belə olan halda narkomafiya bundan istifadəyə cəhd edir.

 

Orxan