Ermənilər Kamilin milyonluq səhifəsini bağlatdırdı

Tanınmış idmançı Kamil Zeynallının 1 milyon izləyicisi olan rəsmi İnstaqram səhifəsi bağlanıb.

XALQ.AZ xəbər verir ki, səhifənin ermənilərin çoxsaylı şikayəti əsasında bağlandığı bildirilib.

Bu barədə düşmən ölkənin sosial şəbəkə istifadəçiləri də məlumat paylaşıb. Hətta onlar öz ənənələrinə sadiq qalaraq, koronavirusla mübarizədə Azərbaycanın həmrəylik şüarına çevrilən “Biz birlikdə güclüyük!” ifadəsini öz adlarına çıxarmağı da unutmayıblar.