“Ermənilər meyitlərini sürüyə-sürüyə daşıyıblar”

Ermeni

Hazırda cəbhə bölgəsində vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Düşmənin istənilən atəş nöqtəsini susdurmaq üçün Silahlı Qüvvələrimizin hər cür imkanı var.

XALQ.AZ-ın məlumatına görə, son günlər Ermənistan ilə sərhəddə və cəbhə xəttində yaranmış gərgin vəziyyətlə bağlı danışan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Silahlı Qüvvələrimizin sayıqlığı və qəhrəmanlığı sayəsində düşmənin müxtəlif istiqamətlərdə basqınlarının qarşısı alınıb. Düşmən çoxlu itki verib. Müdafiənin ön xəttində olan əsgərlərimiz ermənilərin meyitləri sürüyə-sürüyə daşıdıqlarını müşahidə ediblər. Erməni tərəfi ölkədə sosial gərginliyin artacağından qorxaraq ölənlərin və yaralananların dəqiq sayını məqsədli şəkildə gizlədir.

Qeyd edək ki, Ermənistan hərbi rəhbərliyinin tələfat haqqında məlumatı ciddi-cəhdlə gizlətməsinə baxmayaraq, bəzi erməni mənbələrində bununla bağlı xəbərlər yer alır. Söhbət son döyüşlər zamanı erməni tərəfinin onlarla itki verdiyindən gedir.