Ermənilər mülki əhalini atəşə tutdu: 3 nəfər yaralanıb

Avtomat

Ötən gün axşam saatlarında ermənilər Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutublar.

Ermənilərin açdığı atəş nəticəsində biri azyaşlı uşaq olmaqla, 3 nəfər yaralanıb.

Yaralılardan 45 yaşlı, 3 uşaq anası Ənayət Totan qızı Əliyeva yaşadığı evin qapısı ağzında güllələnib.

Digər kənd sakini, 72 yaşlı Qaraqız Qara qızı Nağıyeva yaralanıb. Ermənilərin atdığı güllə onun nəvəsi, 5 yaşlı Nurcan Osman qızı Nağıyeva ayağından dəyib.

Qeyd edək ki, atışma axşam saatlarına kimi davam edib.