Ermənilər Tərtərin mərkəzin atəşə tutur-Mülki şəxs vəfat etdi

Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

XALQ.AZ -ın xəbərinə görə bu barədə Müdafiə Nazirliyindən məlumat verib.Düşmənin atdığı mərmilərdən biri Tərtər şəhərinin mərkəzində Avtovağzalın qarşısına düşüb. Nəticədə avtobus dayanacağının qarşısında bir nəfər mülki vətəndaş həlak olub.

Hazırda da Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin atəşə tutulması davam edir. Ermənilərin öldürdüyü mülki sakin 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğludur. 

Düşmənin Tərtərə atdığı top mərmisi nəticəsində rayon sakini öldü (FOTOLAR)