Ermənilərdən götürülmüş hərbi texnika Bakıya gətirildi-Video

Xəbər verdiyimiz kimi, dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

XALQ.AZ məlumatına görə, paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq. 

Artıq həmin qənimətlər Bakıya gətirilib. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.