Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı – FOTO

Ermənilər “Google map” xəritəsində Azərbaycana qarşı təxribat xarakterli addım atıb.

 “google map”da Heydər Əliyev Mərkəzinin üzərində “History Museum of Armenia” sözləri yazılıb.
“History Museum of Armenia, Baku” sözlərini “google” axtarış susteminə yazdıqda da Bakıda Heydər Əliyev Mərkəzinin ünvanı göstərilir.
Qeyd edək ki, “Google map” sistemində bu cür təxribatlar texniki baxımından mümkündür. Ermənilərin bunu məhz Heydər Əliyev Mərkəzinə qarşı etməsi diqqəti cəlb etməyə hesablanıb. Çünki Heydər Əliyev Mərkəzi Bakının ən möhtəşəm tikililərindəndir və memarlıq baxımından dünyanın ən gözəl layihələri arasında yer alır. Xəritə üzərində “History Museum of Armenia” sözlərini Mərkəzin üzərində qeyd etməklə ermənilər klassik hiyləgərliyə əl atır. (publika)