“Ermənilərin azərbaycanlılara qarşı soyqırımı insanlıq əleyhinə cinayətdir” mövzusunda tədbir keçirilib


Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı insanlıq əleyhinə cinayətdir” mövzusunda onlayn tədbirdə iştirak etdim.

Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Millət vəkili qeyd edib ki, Partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi və partiya fəalları, ağsaqqalları, ziyalılarımız və həmkarlarımın iştirakı ilə mövzu ətrafında maraqlı disskusiya aparıldı. 31 mart Azərbaycanlıların Soyqırımı Günü ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə qeyd olunmağa başlayıb. Ulu öndərin bu Fərmanı 1918-ci il hadisələri ilə yanaşı xalqımızın bundan sonra da başına gələn faciələri, ermənilərin siyasi və mənəvi terroru, sonda isə hərbi təcüvüzünü özündə ehtiva edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun tariximizə qızıl hərflərlə yazılmış qələbəsi xalqımızın işğal illərindəki çətin və şərəfli yolu alnıaçıq keçməyə müvəffəq olduğunun bariz göstəricisdir. Şərəfli yol odur ki, işğal altında olan kəndləri, şəhərləri, tarixi abidələri görməyən, Qarabağın ruhunu, havasını duymayan gənclərimiz döyüşlərə qatılıb qəhrəmanlıq və şücaət göstərərək, canlarını fəda edərək tarixi missiyalarını yerinə yetirdilər. Tam əminliklə demək olar ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı bu missiyanın reallaşması yolunda bir özül, bünövrə oldu.