Ermənistan 3 360 hərbçisinin ölümünü təsdiqlədi

Ermənistanın Səhiyyə Nazirliyi Qarabağda müharibə zamanı 3 360 erməni hərbçisinin ölümünü təsdiqləyib.

XALQ.AZ xəbər verir ki, bunu səhiyyə naziri Arsen Torasyan “Facebook” hesabında yazıb.

Torosyan bildirir ki, məhkəmə tibbi ekspertizası tərəfindən 27 sentyabr – 9 noyabr tarixlərində Qarabağ müharibəsində ölən 3360 hərbçinin cəsədi və ya qalıqları araşdırılıb. 2500-dən çox məhkəmə-genetik ekspertizası keçirilib.

O əlavə edib ki, 2018-ci ildə Ermənistan hökuməti ölkədə istifadə olunan yeganə genetik analizator alıb. Onun köməyi ilə 461 cəsədin kimliyini müəyyənləşdirmək mümkün olub.

Qeyd edək ki, Ermənistan tərəfi Qarabağ müharibəsindəki itkilərinin real sayını hələ də gizlədir.