Ermənistan ağır durumdadır

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 44 günlk Vətən müharibəsində şanlı qələbə qazanaraq Ermənistana təkcə hərbi baxımdan deyil, eyni zamanda siyasi, iqtisadi, mənəvi-psixoloji baxımdan da böyük zərbə vurmuş oldu.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub, ölkədə daxili qarşıdurma pik həddə çatıb.

“Ermənistan rəhbərləri uzun illər idi ki, xəyallara qapılaraq özlərini “qalıb”, “güclü orduya” malik, “yenilməz” bir dövlət kimi qələmə verirdilər və erməni xalqı da bu yalanlara uyaraq “qalib sindiromununa” qapılmışdı. Lakin həqiqət isə tamam fərqli idi və 44 günlük Vətən müharibəsi bu həqiqətləri üzə çıxardı, Ermənistan rəhbərlərinin uzun illərdir özləri haqqında söylədirklərinin əslində çürük qoz kimi bir şey olduğunu göstərdi, Ermənistanın öz ordusu haqqında yaratdığı “qəhrəman obrazının” sadəcə bir mif, yalan olduğunu üzə çıxardı.

Hətta Vətən müharibəsi zamanı da Ermənistan hakimiyyəti xalqı aldatmaqda davam edirdi, Azərbaycan ordusu inamla irəlilədiyi, ard-arda torpaqlarımızı düşmən tapdağından azad etdiyi halda Ermənistan hakimiyyəti xalqı aldadaraq Azərbaycan ordusunun heç bir ərazini azad etmədiyini söyləyirdi, guya Azərbaycan ordusunu geri oturtduqları barədə cəfəngiyyatlar danışırdılar. Lakin müzəffər ordumuzun Qarabağı incisi Şuşanı, ardınca 70 kəndi işğaldan azad etməsi Ermənistanın müqavimətini tamamilə sındırdı, artıq yalanların baş tutmadığını görən düşmən məlum kapitulasiya aktına imza atmağa səbəb oldu.

Əlbəttə ki, gözləmədikləri bir anda belə bir kapitulasiyanı görən Ermənistan cəmiyyəti dərin mənəvi-psixoloji sarsıntı keçirdi, bu illər ərzində böyük yalanlarla yaşadıqlarnı başa düşdülər və ölkə birdən birə xaosun, çaxnaşmanın, etirazların içinə düşdü”.

Deputat bildirib ki, bu gün artıq Ermənistanın rəhbər vəzifəli şəxsləri mövcud durumu etiraf edirlər: “Ermənistan prezidenti Aram Sarkisyan bu illər ərzində Azərbaycanın ordu quruculuğu istiqamətdə böyük güc sərf etdiyini, müasir texnologiyalar tətbiq etdiyini, Ermənistan isə arzusunu reallıq kimi qəbul etdiyini deyib. “Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu, yoxdur” deyən Aram Sarkisyan reallıqları etiraf edib. Əlbəttə ki, ind bu etirafları etmək Ermənistana heç nə verməyəcək, ölkəni düşdüyü ağır durumundan çıxarmayacaq. Necə deyərlər, sonrakı peşmançılıq fayda verməz. Ermənistan rəhbərləri uzun illər xəyallar qurmaq əvəzinə işğal etdikləri torpaqlarımızdan çıxsaydı, bugünki acıları yaşamazdı”.