Ermənistan Azərbaycanla sərhəddə partlayışlar planlaşdırıb

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində ərazinin minalardan təmizlənməsi çərçivəsində planlaşdırılan partlayış əməliyyatları barədə məlumat yayıb.

Xalq.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Əskipara çayının sol sahilində Ermənistanın Voskepar və Azərbaycanın Aşağı Əskipara kəndləri arasında, həmçinin Bağanıs-Ayrımdan 750 metr şimal-şərqdə partlayışlar planlaşdırılır.

Müdafiə Nazirliyi yaxınlıqdakı kəndlərin erməni sakinlərini sakit qalmağa və çaxnaşma yaratmağa çağırıb.