Ermənistan bu siyasəti iflasa məhkumdur

“Bu gün Ermənistanın üzləşdiyi durum bütün mənalarında “Yağışdan çıxıb, yağmura düşdük” zərb məsələsini xatırladır. Son illərədək Cənubi Qafqazda Rusiyanın əlində bütün mənalarda;- siyasi, iqtisadi və hərbi baxımdan  oyuncağı olan Ermənistan bundan sonra Fransanın ağalığı altında  alət rolunu  oynamaqda davam etdirmək niyyətini ortaya qoyub. Bu isə ermənilərin müstəqil siyasəti olan dövlət yaratmaq niyyətini yox, kimlərinsə əlində marionet bir ölkə rolunu oynamaq niyyətini ortaya qoyur. Amma anlamırlar ki, yürüdülən bu siyasət onları növbəti fəlakətlərə, faciələrə, məhvə sürükləyir”.

Bunu açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Deputat bildirib ki, Ermənistan ən azı son illərin acı tarixindən dərs alıb region ölkələri, xüsusən də Azərbaycan və Türkiyə ilə normal münasibətlərini qurub inkişaf etmək əvəzinə, Fransanın timsalında özünə yeni ağa axtarması ona faciədən başqa yaxşı heç nə vəd etmir:

“Fransanən əsas məqsədi bölgədə sülhü təmin etmək yox, Ermənistanın simasında Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirib neokolonolist siyasətini həyata keçirməkdir. Amma bu başdan qeyd edə bilərik ki, Fransanın bu siyasəti iflasa məhkumdur. Bu niyyətinə nail ola bilməycək. Bundan itirən tərəf isə Ermənistan və ermənilər olacaq.  Fransa  bu gün Ermənistanı yenidən silahlandırmaqla bağlı verdiyi bəyanatlar yalnız və yalnız revanşist qüvvələri  həvəsləndirib onları ümidləndirməkdən başqa bir şey deyil. Bu gün nəinki Fransa heç bütövlükdə Avropa Ermənistanı güclü hərbi texnika və silahla təmin etmək iqtidarında deyil. Bunun ciddi səbəbləri var.

Birincisi odur ki, Qərb silah çatışmazlığından Rusiya-Ukrayna müharibəsində Kiyevi lazımı səviyyədə silahlandırmaqla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir. Ona görə də Qərb vəziyyətdən çıxış yolu Avropa Birliyinə  və NATO-ya üzv olmayan üzv ölkələrdən Ukrayna üçün silah-sursat almağın yollarını arayır. Bu məsələ bu günlərdə Parisdə Aİ-yə üzv ölkələri qeyri-rəsmi sammitində də müzakirə olunub.

İkincisi, Avropa ölkələri özləri özlərinin etibarlı müdafiəsini təmin etmək üçün yetərli səviyyədə  hərbi texnika və silah-sursata malik deyil. Bunu  son vaxtlarda Avropa ölkələrinin rəsmiləri açıq şəkildə də bəyan edirlər.

Üçüncüsü, Fransa dünyanın başqa ölkələrində Ermənistana silah almaq cəhdi də elə asan məsələ deyil. Bu çox çətin və mürəkkəb prosesdir. Ola bilər Fransa və hindistandan müəyyən silah alsın, amma bu Ermənistanın etibarlı müdafiəsini təmin etmək üçün yetərli ola bilməz. Fransanın verdiyi sınıq-salxaq “Bastion”larla və ya başqa bir neçə ədəd silahla heç nə etmək olmaz. Çünki vaxtı ilə Ermənistan  ordusunu Rusiyanın köhnə silahları ilə təmin etdi və aqiəti də göz qabağındadır. Həmin silahlar  İkinci Qarabağ savaşında Azərbaycan ordusu tərəfindən “metalloma” çevrildi. Yenə də eyni aqibəti yaşamaq istəyir.

Dördüncüsü, Ermənistanın özünü müasir silahlarla təmin etmək üçün Azərbaycan kimi yetərincə maliyyə imkanlarına malik deyil. Xaricədki erməli lobbisi və diasporu istəsə belə bu gücdə deyil. Ona görə ki, bu çox böyük maliyyə tələb edir və onlar da bu imkana malik deyil.

Beşincisi, Ermənistan anlamalıdır ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra daha da gücləndirib və bu proses davam etməkdədir”.

Deputat qeyd etdi ki, 19-20 sentyabrda Qarabağda keçirilən antiterror tədbirləri bunun bariz nümunəsidir:

“Ermənistan ordusu isə hələ də dağılmış  vəziyyətdədir. Azərbaycan ordusu isə davamlı hərbi təlimlər keçməklə döyüş peşəkarlığını, yeni silahlarla davranma qabliyyətinin daha da təkmilləşdirməkdədir. Bunu isə nəinki Ermənistan tərəfi və havadarları da görür. Elə götürək fevralın 12-də Zəngəzurdakı təxribatı. Azərbaycan ordusu cəmi bir-neçə dəqiqəlik cavab həmləsi düşmənə lazımi dərsi verdi. Ermənistan heç olmasa bundan nəticə çıxarsın. Amma görünən odur ki, nə Ermənistan, nə də onların havadarları bundan nəticə çıxarmaq istəmir. Nəticə çıxarmadıqca da istər ermənilərin, istərsə də havadarlarının burunları ovxalanacaq. Ermənistan tərəfə tövsiyyəm budur ki, növbəti faciələri, fəlakətləri, acıları yaşamaq istəmirlərsə Fransa kimi ölkələrin məsləhətindən nə qədər tez uzaqlaşıb Bakının şərtləri daxilndə sülh sazişi imzalasalar yaxşı olar. Bilməlidirlər ki, heç kim gəlib onların əvəzində savaşası deyil. Ermənistan və ermənilər nə qədər ki, ağıllanıb reallığa uyğun adekvat addım atmayacaq, o vaxtadək də kimlərinsə əlində alət olmaqla yeni faciələrin qurbanı olacaqlar. Bunu qulaqlarından sığra etsələr daha yaxşı olar”.