Ermənistan müdafiə naziri sülhməramlıların komandiri ilə görüşdü – Foto

Ermənistanın müdafiə naziri Suren Papikyanla Qarabağda müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandiri general-mayor Andrey Volkov arasında görüş keçirilib.

Xalq.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Görüşdə, həmçinin Rusiya səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakov da iştirak edib.

A. Volkov S. Papikyana sülhməramlıların məsuliyyət zonasındakı vəziyyət barədə məlumat verib.