Ermənistan Müdafiə nazirliyi orduda qida və dərman çatışmazlığı ilə bağlı çağırış etdi-Yardım edin! -Fotofakt

Ermənistan ordusu ərzaq qıtlığı və dərman çatışmazlığı ilə üzləşib.
Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır. XALQ.AZ BAKUTIME.AZ istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmisi Şuşan Stepanyan sosial şəbəklərdən çağırış edib. Ermənistan Müdafiə nazirliyinin sözçüsü Stepanyan bildirib ki, orduya ərzaq təchizatı, derman və digər lazımi preparatlara ehtiyac yaranıb. O qeyd edib ki, bunula bağlı Yerevandakı prosesi tənzimləmək və lazımi maddi ehtiyatlar haqqında məlumat əldə etmək üçün Müdafiə Nazirliyinin əsas şöbəsi ilə əlaqə saxlanılması vacibdir .
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri sentaybrın 27- dən başlayaraq Azərbaycan qarşı növbəti təcavüzlərini törətməkdə davam edirlər. Mülki və yaşayış yerlərinə ağır artilleriya qurğularından atəş açırlar. Dinc sakinlər arasında ölən və yaralananlar var. Beynəlxalq təşkilatlar bu hadisəni pisləyir və Ermənistanın törətdiyi təcavüzü dərhal dayandırmağa çağırırlar. Azərbaycan ordusu Ermənistanın təxribatlarına adekvat cavab verərək işğal altında olan kəndlərimizi və strateji yüksəklikləri azad etmişlər.

XALQ.AZ