Ermənistanda açınacaqlı durum-Xəstəxanlarda yer yoxdur

Ermənistanda koronavirusa yoluxanların sayı 65 460 nəfərə çatıb.

XALQ.AZ erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 766 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 091 nəfər koronavirusdan ölüb, 15 845 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Sosial şəbəklərdə yayılan son məlumata görə COViD19 yoluxmuş insanlar xəstəxanlara yerləşdirilmir. Belə ki, yaralı hərbçilərin çox olması ilə əlaqədar çarpayı çatışmamzlığı və yer olmadığı bildirilir.