Ermənistanda böhran-Mağazalarda ərzaq məhsullarının satışına məhdudiyyət qoyuldu

Ermənistanda ərzaq çatışmazlığı var. Rəsmi İrəvan hərbi vəziyyət dövründə qida, dərman, zəruri malların satışı və alışı üçün xüsusi bir proseduru təsdiqləyən qanun qəbul edib.

XALQ.AZ xəbər verir ki, bu barədə Ermənistanın mətbuatında xəbərlər dərc olunur.

Məlumata görə, bundan sonra Ermənistanda qida məhsullarının, dərmanların, zəruri malların istehsalı, saxlanması və satışı polislərin, Milli Təhlükəsizlik Xidmətinin və digər dövlət orqanlarının nəzarəti altında olacaq.

“Ermənistanda hətta zəruri məhsullar da məhdud sayda satılacaq”, – yeni qanunda qeyd olunub.

Qeyd edək ki, hazırda Ermənistanın bir sıra bölgələrində qida çatışmazlığı var. Sosial şəbəkələrin erməni seqmentində yazırlar ki, paytaxtdan xeyli aralı olan mağazalarda onsuz da heç nə tapmaq mümkün deyil.