Ermənistanda gərginlik-Paşinyan çıxılmaz vəziyyətdə

Azərbaycanla müharibəni uduzan Ermənistan Ordusu Baş nazir Nikol Paşinyan və hökumətin istefasını tələb edib.

SOSİUM.az xəbər verir ki, bu bardə “Reuters” agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, N.Paşnyan ordunun tələbini hərbi çevriliş adlandırıb. O, tərəfdarlarını küçəyə çıxmağa çağırıb.

N.Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib.

Saat 16:00-da isə Paşinyanın dövlət televiziyası ilə xalqa müraciəti gözlənilir.