Ermənistanda saxlanılan müxalifət fəallarının sayı açıqlandı

“Bu günə qədər “Müqavimət” hərəkatının 2100-dən çox iştirakçısı polis tərəfindən saxlanılıb”.

Xalq.az “News.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkatın koordinatoru, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan öz rəsmi feysbuk hesabında açıqlayıb.

Onun sözlərinə görə, hərəkat üzvləri müxtəlif polis bölmələrinə aparılıb: “Lakin biz bilirik ki, saxlanılma prosesinin heç də hamısı polis tərəfindən sənədləşdirilməyib. Əslində polis bölməsinə aparılanların sayı təqribən 2500 nəfər təşkil edir”.

Xatırladaq ki, Ermənistanda aprelin sonundan başlayaraq Baş nazir Nikol Paşinyan və cari hökumətin istefası tələbilə etiraz aksiyaları keçirilir.