Ermənistandan Kürdəmirə, Qəbələyə və Siyəzənə raket atıldı

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ Siyəzən və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən balistik raketlər atılıb.

XALQ.AZ xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.