Ermənistanın iç üzü açılır-Riyakarlıq

Aprelin 5-də Ermənistanın baş naziri Paşinyanla ABŞ Dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş olacağı və görüşdə Ermənistanın təhlükəsizliyinə zəmanət haqqında sənədin imzalanacağı qeyd olunur.

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, görüşün əsas məqsədi Rusiyanı Ermənistandan çıxarılması prosesini sürətləndirmək və rus hərbi bazasını ABŞ hərbiçiləri ilə əvəzləməkdir.

“ABŞ və Avropa İttifaqı belə bir təhlükəsizlik zəmanətini Ukraynaya da vermişdi. Nəticədə Ukrayna müharibə meydanına çevrildi və yavaş-yavaş şəhərlər və kəndlər yer üzündən silinməkdə davam edir. Bu baxımdan ABŞ və Avropanın hərbi güclə Ermənistana daxil olması oranı da müharibə meydançasına çevirəcəyinə şübhə yoxdur.

Paşinyanın Brüsseldə keçirməyə planlaşdırdığı görüş Rusiyanı daha da qəzəbləndirəcəkdir. Çünki Rusiya Qərbin və Paşinyanın istədiyi kimi rahat şəkildə Ermənistanı tərk etmək niyyətində deyil. Bu, Rusiyanın Ermənistana qarşı ciddi addımların atacağı gününü çox gözləməli olmayacağı və fəlakətli günlərin addım-addım yaxınlaşması deməkdir”, – o deyib.

Deputat qeyd edib ki, ABŞ və Avropa hərbiçilərinin Ermənistana gəlməsi İranın maraqlarına da ziddir.

“Qərb uzun müddətdir ki, İranı sanksiyalar altında saxlayır və hətta hakimiyyət dəyişikliklərini etməyinə də cəhd edilmişdi. ABŞ və Avropa hərbçilərinin Ermənistana daxil olması İran üçün ciddi təhlükə deməkdir. Bu baxımdan ABŞ hərbiçilərin Ermənistana daxil olması İran-Ermənistan münasibətlərində də uçurum yaradacaqdır. Belə ki, İran Ermənistandan üz döndərsə, bu, Ermənistanın həmişəlik bataqlığa düşməsi deməkdir. Təəssüf ki, Ermənistan Cənubi Qafqazda təhlükəsizliyə və əməkdaşlığa zərbə vurmaqda davam edir. Brüsseldə Blinken və Ursula fon der Lyayenin Paşinyanla görüşü Azərbaycanla sülh müqaviləsinin imzalanması və əməkdaşlığın qurulmasını da şübhə altına salır. Çünki bu, məsələni birtərəfli qaydada həll etmək cəhdidir ki, bu da Azərbaycanın maraqlarına vermir və ölkəmizə qarşı atılan addımdır.

Ermənistan Qərbdən şirin vədlərlə dəstək aldıqca Azərbaycanla yenidən müharibəyə ruhlanaraq sülh prosesindən uzaqlaşır. Bunu 20 martda Ermənistan parlamentinin sədri Alen Simonyanın Brüsseldə Avronest Parlament Assambleyasının sesiyasında etdiyi çıxışında da görmək olur. Alen Simonyan yenidən “Dağlıq Qarabağ” terminini canlandırmağa və Qarabağ iqtisadi rayonunundan könüllü şəkildə köçmüş ermənilərə etnik təmizlənmə donunu geyindirməyə çalışır. Paşinyanın Brüsseldə nəzərdə tutulan üçtərəfli görüşü, həm də Simonyanın Brüsseldə çıxışındakı ritorika Ermənistanın əsl iç üzünü açır. Ermənistanın bu hərəkətləri Cənubi Qafqazda yeni bir gərginlik ocağını yaratmağına cəhd kimi deyə bilərik. Paşinyan başa düşmür ki, ABŞ-nin əsas məqsədi Ermənistanı qorumaq deyil. ABŞ-nin məqsədi Rusiyanın qonşu ölkələrinə daxil olmaq və yeni təzyiq ocaqlarını formalaşdırmaqdır. Bu baxımdan Ukraynadan sonra ABŞ-nin növbəti məqsədi Mərkəzi Asiya olacağına şübhə yoxdur. ABŞ çalışır ki, Rusiya daha çox münaqişlərə cəlb olunaraq zəifləsin və nəticədə parçalansın. Təbii ki, bu çətin məsələdir. Çünki Rusiyanın Qərblə üz-üzə dayanmağa kifayət qədər gücü və resurslara mailikdir. Deyə bilərik ki, bu gün Rusiya təkcə Ukrayna ilə yox, bütün Qərblə müharibə aparır. ABŞ və Avropa Ukrayna müharibəsinə yüz milyardlarla dollar xərcləsə də, heç bir uğura nail ola bilmir. Dağılan isə Ukrayna, faciəni yaşayan isə ukraynyalılardır. Belə ki, bu gün ABŞ-ıni şirin vədlərinə inanaraq ərazilərində Qərbin hərbiçilərini yerləşdirən ölkələrin də ayaq altında qalacağına şübhə yoxdur. Bu gün Ukrayna və Livanın düşdüyü vəziyyət Ermənistanı da gözləyir”, – A. Badamov əlavə edib.