Sabunçu əhalisi narazılıq edir….

Bakının qədim məskəni olan Sabunçu rayon sakinlərinin öz deputatlarından haqlı narazılıq  mütəmadi yerli mətbuatda işıqlandırılıb.

Sabunçu əhalisinin hər hansı bir çağırışına səs verməyən amma seçicilərin  “səsi” ilə həyatının 25 ilini Parlamentin rahat kreslosunda oturan Eldar Quliyev yenidən namizəd olacağı sualı onlarda nigarançılıq yaradır.

Milli Məclisin ikinci, üçüncü, dördüncü beşinci və altıncı çağırış deputatı olan Eldar Quliyev seçkilərdən öncə “vədləri” ilə Sabunçu rayon əhalisinə müraciət edəcəyi təqdirdə onların ciddi etirazları qarşılanacağı gözləniləndir.

İddia olunur ki,Eldar Quliyev yenidən namizəd olmağa hazırlaşır,artıq bunula bağlı bir neçə görüş keçirilib. Lakin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Sabunçu sakinləri ona səs veməyəcəklərini bildirirlər.

XALQ.AZ məlumat verir ki, Eldar Quliyev 25 illik Milli Məclisdə deputatlığından savayı 31 ildir ki,“Azərittifaq”ın İdarə Heyətinin sədri, 2011-ci ildən Kooperasiya Universiteti rektoru , 2020-ci ildən isə Azərbaycan Ağsaqqallar Şurasının sədridir.

Görəsən Eldar Quliyev ictimai əsaslarla komitə və şura sədr olduğu postları rektor vəzifəsi ilə yenidən seçkilərdə iştirak etməsi nə qədər doğrudur?

XALQ.AZ


media-ads-728x90

Bənzər xəbərlər