Fatma Yıldırım ilkin səhiyyə xidmətləri ilə bağlı təklifi dəstəklədi
Millət vəkili Fatma Yıldırım Milli Məclisin Səhiyyə Komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda keçirilən dinləmədə iştirak edib.
Deputat bildirib ki,tədbirdə çıxış edərək qeyd etdim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycanda davamlı şəkildə həyata keçirilən geniş məzmunlu sosial siyasətin tərkib hissəsi kimi səhiyyə sahəsində də geniş islahatlar reallaşdırılmışdır. Bir neçə gün öncə Bərdə rayonunda təqdimatı keçirilmiş pilot layihə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən aparılan islahatların daha bir göstəricisidir.
Millət vəkili Fatma Yıldırım çıxışında qeyd edibki, ilkin səhiyyə xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə həyata keçirilən pilot layihənin Bərdə şəhərində tətbiq olunması məni çox sevindirdi. Bu layihənin ən vacib məqamlarından biri kəndlərdə Ailə Sağlamlıq Mərkəzlərinin (ASM) yaradılmasıdır. Bu mərkəzlər yüksək standartlara cavab verəcək, peşəkar həkim kollektivi ilə 24 saat fəaliyyət göstərəcək. Bu, vətəndaşlarımızın ilkin səhiyyə xidmətlərinə daha rahat və keyfiyyətli şəkildə çıxışını təmin edəcək.
Bundan əlavə, dinləmə zamanı səhiyyə sahəsində mövcud olan bəzi problemləri də diqqətə çatdırdım. İlk növbədə, şəkər xəstələrinin dərman təminatında yaşanan çətinlikləri vurğuladım. Bu məsələnin həlli üçün müvafiq addımların atılacağına ümid edirəm. Daha sonra millət vəkili bildirib ki, səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflərdən biri də təqaüd yaşına çatmış həkimlərin işlərinə xitam verilmədən öncə, pilot layihə çərçivəsində ASM-lərdə fəaliyyətlərini davam etdirmə imkanlarının yaradılması ilə bağlı oldu. Mən də bu təklifi müsbət dəyərləndirirəm və səhiyyə sistemimizin daha da güclənməsinə töhfə verəcək addımlardan biri kimi görürəm.
Səhiyyə sisteminin inkişafı, vətəndaşlarımızın keyfiyyətli tibbi xidmət alması üçün həyata keçirilən bütün işlərdə yaxından iştirak edəcək və problemlərin həllinə dəstək olacağam deyə qeyd edib.
Tədbirdə Səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov iştirak ediblər.