Etibarlı və zəmanətli əməkdaşlığın verdiyi tövhələr.

Bildimiz kimi xarici ölkələrlə aparılan uğurlu əməkdaşlıqlar uğurlu layihələrin yaranması üçün zəmin təşkil edir. Azərbaycanın bir çox dövlətlətlə apardığı belə etibarlı əməkdaşlıqlar az deyildir və bu onun inkişafında xüsusi rol oynamışdır. Belə əməkdaşlıqlardan biri də bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında fəaliyyət üçün çərçivə sənədi imzalanması hadisəsi ilə başlamışdır. Verilən məlumata əsasən, sənədi Azərbaycan tərəfindən Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən isə “Masdar” şirkətinin Şərqi Avropa, Mərkəzi Asiya və Rusiya üzrə baş direktoru Əhməd Əl Avadi imzalayıb.
Eyni zamanda, “Masdar” dayanıqlı şəhər inkişafı və bərpaolunan enerji sahəsində böyük beynəlxalq şirkətdir. “Masdar” BƏƏ daxil olmaqla, Misir, Mərakeş, Böyük Britaniya, İordaniya, Mavritaniya, Serbiya və İspaniyada bərpaolunan enerji layihələri həyata keçirmişdir.
Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüş keçirilmişdir.
Məlumata əsasən, görüş “Masdar”ın Abu-Dabidəki mənzil-qərargahında keçirilmişdir. Bu zaman bərpa olunan mənbələrdən enerji istehsalı üzrə əməkdaşlığın yeni layihələrlə genişləndirilməsi əsas müzakirə obyektinə çevrilib.
Görüşdə, həmçinin Qaradağ günəş elektrik stansiyasının (GES) nəzərdə tutulan vaxtda istismara verilməsi istiqamətində görülən işlər, icra prosesini sürətləndirəcək qarşılıqlı addımlar da nəzərdən keçirilib. Bildirilib ki,“Masdar”la hazırda həyata keçirilən və planlaşdırılan layihələr Azərbaycanın bərpa olunan mənbələrdən elektrik enerjisinin və hidrogenin ixrcatçısı olmasını, eləcə də karbon emissiyalarının azaldılmasına birgə töhfəni təmin edəcək böyük imkanlardır.
“Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) inşası Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərinə yüksək töhfə və bu ölkə ilə “yaşıl enerji” əməkdaşlığının başlanğıcıdır.
Pərviz Şahbazovun BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei ilə keçirdiyi görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində planlaşdırılan investisiya layihələri, elektrik enerjisinin istehsalı və ixracı, həmçinin təbii qaz, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Bu zaman qlobal enerji bazarlarındakı cari vəziyyətə və “OPEC plus” formatında əməkdaşlıqdan irəli gələn məsələlərə də toxunulub.
Beləliklə biz BƏƏ-nin “Masdar” şirkəti ilə aparılan həmin əməkdaşlığım Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji məmbəyinə çevrilməsində bizə verdiyi tövhənin də şahidi oluruq və belə uğurlu əməkdaşlıqların dəvamını arzulayırıq.

Ayşən Qədirova
Bakı Qızlar Universiteti / Filalogiya