“Eurovision – 2019” başladı

İsrailin paytaxtı Təl-Əvivdəki Qabim teatrında “Eurovision – 2019” beynəlxalq mahnı müsabiqəsinin rəsmi açılış mərasimi olub.
XALQ.AZ xəbər verir ki, mərasimdə 41 milli nümayəndə heyəti iştirak edib. Bu gün, həmçinin Təl-Əvivin cənubunda “Eurovision Kəndi” açılıb.

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsi mayın 14-ü və 16-da Təl-Əvivdəki Sərgi mərkəzində keçiriləcək. Final isə mayın 18-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycanı müsabiqədə Çingiz Mustafayev təmsil edir.

Orxan