“Eurovision” təmsilçimizin tanıtım çarxı – Video

Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayevin tanıtım çarxının çəkilişləri yekunlaşıb.
XALQ.AZ xəbər verir ki, ictimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Arzulamağa qərar ver: rəqs et” mövzusundakı videoçarx Azərbaycan və İsrail dostluğu ilə yanaşı müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirir. Müxtəlif və biri-birindən gözəl məkanlarda reallaşan çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb.

Qeyd edək ki, Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda 18-ci nömrə ilə təmsil edəcək.