Eyni anda üç qayda pozaraq qəza şəraiti yaradan yol polisi-Video

Mart ayının 21-i saat 14:10 radələrində paytaxtın Hüseyn Cavid prospektində qaydaları kobud şəkildə pozan yol patrul xidməti əməkdaşı kameraya düşüb.

XALQ.AZ  xəbər verir ki, sayrışan işıqları yandırmadan, arxa stop işıqlarının biri işləmədən hərəkət edən 99 YP 284 dövlət nömrə nişanlı YPX avtomobilinin sürücüsü olan yol polisi əməkdaşı qoşa xəttin tələbini pozaraq əks yola çıxır və geriyə dönmə edir. Bu zaman dönmə işıqlarını da yandırmır.

Həmçinin arxa stop işığı da işləmədiyi üçün bu qəfil dönmə hərəkəti digər sürücünü çaşdırır. Qəfil əyləc istifadə etməyə məcbur olur. Surətin aşağı olması və sürücünün vaxtında tərpənməsi qəzanın qarşısını alır. Ümid edirik ki, DYP rəhbərliyi bu cür qayda pozan YPX əməkdaşını cəzalandıracaq.

Videogörüntüləri təqdim edirik:

 

Orxan