Eyni gündə 2 SMS kodundan da istifadə edilə bilər

“Gün ərzində 1 rəqəmindən istifadə edən şəxs həmin gün 2 rəqəmindən də istifadə edə bilər”.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bunu “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib.

O bildirib ki, vətəndaşlar bundan sui-istifadə etməməlidirlər: “Bu sistemin arxasında analitik təhlil dayanır və qısa müddətdə müəyyən edə bilirik ki, bu şəxs bu xidmətdən sui-istifadə edir. Həmin şəxs barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Bu gün karantin rejimi sərtləşdirilirsə, bu, bizim  davranışımızdan asılıdır”.