Eyni paltarları geyinən məşhurlar-Foto

Şou-biznes nümayəndələrinin əksəriyyəti tez-tez geyindikləri libaslarla bir-birini təkrarlayırlar. Hər geyimdə şəkil paylaşmaq isə onların bu sirrini ortaya çıxarır. Eyni paltarı bir neçə tanınmışın əynində görməyimizə səbəb isə onların mağazaları reklam edib, bunun qarşılığında paltarlarından bir dəfə istifadə etməsidir.

 

XALQ.AZ Axşam.az-a istinadən eyni libası geyinən tanınmışları təqdim edirik:

Xatirə İslamın ötən ay verilişlərin birində qonaq olarkən geyindi paltarı bu günlərdə Aygün Mahmudovanın da əynində gördük.

Sevil və Sevinc Səfərova bacılarının bir neçə ay əvvəl geyindiyi ağ qara kəpənəkli paltarı bu yaxınlarda Sevda Sanəliyeva da istifadə edib. Şəhərin bir çox mağazasında satılan bu libasın qiyməti əvvəl 49, sonra isə endirimlə 25 manata olub.

Sevil və Sevincin geyindiyi digər rəngli libasdan isə Aytəkin Mərdanova da şəkil paylaşıb.

Əkiz bacıların verilişlərin birində istifadə etdiyi ağ sadə yay sarafanından isə Afaq Gəncəli və Nərgiz Məmmədova geyinib.

Aytəkinin geyindiyi uzun qara və çəhrayılı paltarın qısa formasını Firuzə Cəlilova verilişində geyinib. Onların hər ikisi eyni mağazanı işarələyib.

Aygün Mahmudovanın uzun göy və pələng işarəli atlas paltarından isə həm Aytəkin, həm də Səidə Dadaşova geyinib.

 

 

 

Orxan