Eyvaz Hüseynovun separatçılarla ortaq biznesi

Eyvaz

Eyvaz Hüsyenov Əlikram Hümbətov, Surət Hüseynovla şərikli iş görür, Mahir Cavadovla isə Avropada görüşməkdən çəkinmir.

SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycanda bir sıra yeni rayonlar yaradıldı. Onlardan biri də böyük bir qismi erməni işğalı altında olan Xocavənd rayonudur.

XALQ.AZ xəbər verir ki, Xocavənd rayon statusu aldıqdan sonra ora icra başçısı təyin edilən şəxs isə bu günə qədər vəzifəsinin başındadır. Söhbət rayonun Muğanlı kənd “Səməd Vurğun” adına kolxozda baş mühasib işləyən Eyvaz Hüseynovdan gedir ki, o hazırda Xocavənd rayon İcra Hakimiyyətinin başçısıdır.

Qeyd edək ki, özünü müharibə veteranı, “qəhraman” kimi millətə sırıyan E.Hüseynov bununla da yetinməyib, qardaşı İbad Hüseynovu da qabağa çəkməyə çalışır. Melkonyanın başını kəsdiyini və özünü «Milli Qəhrəman» elan etmiş İbad Hüseynov qapı-qapı düşərək dəstək axtarışındadır.

Ancaq İbadan fərqli olaraq, Eyvaz Hüseynov bir tərəfdən dövlətə qulluq etdiyi halda, digər tərəfdən də bu dövlətə xəyanət etmiş, hətta onun torpaqlarını parçalamağa çalışmış şəxslərlə yaxın münasibətlər qurub. Özünə böyük biznes qurmuş icra başçısının paytaxtın müxtəlif yerlərində maqazinləri, Əhmədli qəsəbəsində Ukraina dairəsi deyilən ərazidə obyektləri var.

Əsas biznesi isə xaricdədir ki, orada şərikləri arasında Hollandiyada qərarlaşmış separatçı Əlikiram Hümbətov, Moskvada sabiq baş nazir Sürət Hüseynov da var. E.Hüseynovun Xətai rayonunun sabiq prokuroru Mahir Cavadovlada isti münasibətlərinin olduğuna dair məlumatlar da mövcuddur.

Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq…